Modern.az

Daha 3 ölkə koronavirusdan qurtuldu

Daha 3 ölkə koronavirusdan qurtuldu

12 May 2020, 12:04

Dünyanın daha 3 ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Mavriki Respublikasında infeksiyaya yoluxan 332 nəfərdən 10-u vəfat edib, 322 nəfər isə sağalıb.

 

Bundan başqa, Qərbi Saxara və ada dövləti Sen-Pyer və Mikelonda da COVID-19 xəstələri sağalaraq evə buraxılıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Mavriki, Qərbi Saxara və Sen-Pyer və Mikelonu da koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Xatırladaq ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya və Farer Adalarında koronaviruslu xəstə qalmayıb.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir