Modern.az

Koronavirus zamanı ən çox gəlir əldə edən milyarderlər...

Koronavirus zamanı ən çox gəlir əldə edən milyarderlər...

12 May 2020, 13:10

Koronavirusun dünya iqtisadiyyatında yaratdığı təlatüm milyardlıq sərvətlərə malik iş adamlarının gəlirlərinə də mənfi təsir göstərib. Amma COVİD-19-a qarşı vaksinin hazırlanması, virusun diaqnostikası üçün preparatlar hazırlayan iş adamları bu fonda xeyli gəlir əldə ediblər.

Modern.az COVİD-19-un ən çox pul qazandırdığı iş adamlarını təqdim edir.

 

Martın 11-də Ümudünya Səhiyyə Təşkilatı COVİD-19-u pandemiya elan etdi. Son 7 həftədə tibb sahəsində ixtisaslaşan şirkətlərin səhmləri nəinki ucuzlaşmayıb, əksinə virusa qarşı vaksin hazırlığı və s. fonunda əlavə dəyər də qazanıb.

COVİD-19 ABŞ-da bizenslə məşul olan fransız iş adamı Stefan Banseli milyarder edib. Belə ki, Massaçusets ştatının Kembric şəhərindəı yerləşən “Moderna” şirkətinin baş direktoru olan Bansel martın 16-da Sietl şəhərində ilk dəfə insanlar üzərində COVİD-19 əlehinə vaksinin sınaqlarına başlanıldığını elan etdi.

 

Banselin pandemiya elan olunan tarixdə 720 milyon dollar sərvəti var idisə, hazırda bu məbləğ 1,5 milyard dolları (109%) keçib. Moderna şirkətinin səhmlərinin bahalaşması fonunda iş adamı vaksin sınaqlarının ikinci mərhələsinə başlanıldığını söyləyib.

Stefano Banseli ilə yanaşı, italiyalı iş adamı Qustavo Deneqri də xeyli sərvət sahibi olub. Onun varidatı 32% yaxud 1,1 milyard dollar artaraq 4,5 milyard dollara çatıb. İş adamı DiaSoriun biotek şirkətinin 45% səhmlərinə sahibdir.

 

Cənubi Koreyanın biofarmasevtik “Celltrion” şirkərinin sahibi So Çon Hin isə  22% varlanaraq 8,4 milyard sərvət sahibi olub. Pandemiya fonunda varidatını ən çox artıran iş adamlarının sırasında Fransanın “BioMeriux” şirkətinin sahibi Alen Merye, İsveçrənin “Roche” şirkətinin sahibi Maca Oeri, “Regeneron Pharmaceuticals” amerikalı baş direktoru Leonard Şleyfer, elmi direktor Corc Yankopulos, Almaniyanın “BionTech” şirkərinin sahibləri Tomas və Andreas Ştryunqmanlar və Sinqapurun Mindray şirkərinin sahibi Li Sitin yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir