Arxiv
12 May 2020, 15:40 | ANALİTİKA
Atəşkəsdən keçən 26 il - Düyünü çözülməyən Qarabağ münaqişəsi…

Bu gün Qarabağ müharibəsində atəşkəs rejimini təmin edən "Bişkek protokolu" adlanan sənədin qüvvəyə minməsindən 28 il ötür.

Bu müqavilənin əsas konturları 1994-cü il martın 18-də Moskvada cızılmışdı. Həmin gün Rusiyanın müdafiə naziri Pavel Qraçovun dəvəti ilə Moskvaya gedən Ermənistanın o zamankı müdafiə naziri Serj Sarkisyan və Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədovla atəşkəsin martın 1-də dayandırılması barədə protokol imzalamışdılar. Ermənistan tərəfinin hücumları davam etdirməsinə görə həmin protokol martın 1-də qüvvəyə minmədi.

 

1994-cü il aprelin 9-dan 10-na keçən gecə Ermənistan ordusu Tərtər əməliyyatına başladı. Ağdam-Bərdə yolunu və Tərtər rayonunun mərtkəzini nəzarətə almaq istəyən Ermənistan komandanlığı uğurlu gedişat olarsa, Yevlaxa qədər irəliləmək xəyalına düşmüşdü. 1 aydan çox davam edən qanlı döyüşlər zamanı düşmən qüvvələri Tərtərin Talış, Madagiz, Seysulan kəndlərini, Ağdamın Güllücə, Orta Qərvənd, Şıxlar və Baş Qərvənd kəndlərini ələ keçirsələr də, Tərtərin rayon mərkəzini tuta bilmədilər.

 

Düşmən Tərtərin Qapanlı kəndinə daxil olsa da, Seysulan kəndinə qədər geri oturduldu. Müharibənin son hərbi kampaniyası təmas xəttində ciddi mövqe dəyişikliyi yaratmadı. Erməni tərəfi 2 mindən artıq hərbçisini itirərək, bütün hərbi potensialını tükətdi.

Müharibədən yorulmuş tərəflər daha sonra Moskvanın vasitəçiliyi ilə atəşkəs danışıqlarına başladılar.
 

1994-cü il mayın 5-də Azərbaycan və Ermənistan arasında "Bişkek protokolu" imzalandı. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. Afiyəddin Cəlilovun sənədi imzalamaqdan imtina etməsindən sonra müqaviləni mayın 8-də Bakıya gətirən Vladimir Kazimov protokolun spiker Rəsul Quliyev tərəfindən rəsmi Bakının düzəlişləri ilə imzalanmasına nail oldu.

 

Protokolun bəndlərindən biri mayın 8-dən 9-na keçən gecə bütün tərəflər tərəfindən atəşkəsin dayandırılmasını nəzərdə tuturdu. Bundan sonra mayın 9-da Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədov, mayın 10-da Ermənistanın müdafiə naziri Serj Sarkisyan müqaviləyə imza atdılar.

Mayın 12-də isə "Bişkek protokolu" qüvvəyə mindi.

Silahlar susduqdan sonra münaqişənin sülh yolu ilə həlli üçün addımlar atılmağa başladı.


Modern.az sülh danışıqlarının xronologiyasına yenidən nəzər salır.

 

1995-ci il martın 23-də Vyana konfransında ATƏT-ə Minsk danışıqlar prosesi çərçivəsində həmsədrlik institutunun yaradılmasına icazə verildi.

1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində bu təşkilata üzv bütün 54 ölkə (Ermənistan istisna olmaqla) Lissabon razılaşmasını imzaladı. Bu müqavilənin əsas prinsipləri Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağa isə Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verir, həmçinin, Dağlıq Qarabağa və onun əhalisinə təhlükəsizlik təminatı verir.


Növbəti ildə ATƏT-in Minsk qrupu münaqişə tərəflərinə yeni paket həllini təqdim etdi. Bu paket 2 razılaşmadan ibarət idi. İlk hissə hərbi əməliyyatların bitmə şərtlərini müəyyən edirdi, ikinci məsələ isə Dağlıq Qarabağın statusuna həsr olunmuşdu.


1997-ci ilin dekabrında isə Minsk qrupu konfliktin mərhələli həll planını irəli sürdü. Öncəki təklifdən fərqli olaraq, bu paketdə erməni hərbi birləşmələrinin ətraf 7 rayondan mərhələli şəkildə çıxarılması təklif olunurdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti boyu ATƏT-in sülhməramlı qoşunları yerləşdirilməliydi. Dağlıq Qarabağın statusunu həll etmək üçün Azərbaycan-Ermənistan ortaq komissiyası yaradılmalıydı. Azərbaycan tərəfi təklifə müsbət cavab versə də, Ermənistan tərəfi Qarabağda yaradılmış qondarma rejimin təkidi ilə bu həll varinatına getmədi. Paket varinatın tərəfdarı olan prezident Levon Ter-Petrosyan hakim komandanın digər üzvləri ilə mübahisə edərək, istefa verdi.


Növbəti mərhələdə ATƏT-in Minsk qrupu Azərbaycan və Dağlıq Qarabağın eyni sərhədlər daxilində bərabərhüquqlu müttəfiq respublikalar olmasını təklif etdi. Bu dəfə rəsmi Bakı təklifin əlehinə çıxdı.

2001-ci il aprelin 3-7-si tarixlərində ABŞ-da Azərbaycan prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında danışıqlar aparıldı.

2007-ci il noybarın 29-da isə İspaniya paytaxtında münaqişəni həll etməyə hesablanmış "Madrid prinsipləri" elan olundu. Bundan öncəki paket və mərhələli həll planlarının sintezindən yaranmış prinsiplər Azərbaycan tərəfinin müsbət cavabını almışdı.

 

Qarabağ müharibəsinin gedişində və "Bişkek protokolu" imzalandıqdan bir neçə il keçənə qədər Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ətrafındakı 7 rayonu sülh müqaviləsi çərçivəsində dərhal azad etməyə hazır olduğunu bəyan etmişdi. Amma növbəti illərdə Yerevanın maksimalist tələbələri artmağa başladı. Belə ki, strateji mövqeyi ilə seçilən Kəlbəcəır və Laçını əldə saxlmaq üçün erməni tarixçilər həmin ərazilərin “qədim erməni torpağı” olması barədə absurd çıxışlar etdilər.

 

Həmçinin, rəsmi Yerevan bölgənin su ehtiyatlarından, iqtisadi potensialından istifadə etmək üçün 2000-ci illərin əvvəllərində bölgədə süni məskunlaşdırma siyasətini həyata keçirməyə başladı.

Hazırkı mərhələdə danışıqlarda mövqeyi çətinləşən Paşinyan hakimiyyəti isə bu 2 rayonun azad olunması üçün Dağlıq Qarabağda referendumun keçirilməsini şərt kimi irəli sürür.


Amma rəsmi Yerevanın “status qarşılığında ərazi” prinsipi beynəlxalq hüquqda nəzərdə tutulmadığı üçün nə Bakı, nə də beynəlxalq birlik tərəfindən ciddi qəbul edilir.  Azərbaycanıln təklif etdiyi “ərazi qarşılığında təhlükəsizlik” prinsipi ilə hazırkı situasiyada sülhün əldəı olunması üçün ilk və əhəmiyyətli addım sayıla bilər. Münaqişənin doğurduğu humanst fəlakətin nəticələrini həll etmədən münaqişənin həlli qeyri-mümkündür. Ona görə də ətraf rayonların qaytarılması, məcburi köçkünlərin evlərinə dönməsi və Dağlıq Qarabağ ərazisində güc tətbiq etməmək barədə tərəflərin öhdəlik götürməsi ilə növbəti mərhələdə bölgənin yekun statusunun müəyyənləşdirilməsi ən real həll yoludur. Amma rəsmi Yerevan Dağlıq Qarabağın hüququ statsununu müəyyənləşməsini dərhal istəyir. Və bütün ziddiyyətləri bir dəfəyə - paket varinatda həll etməyi arzulayır.

 

2016-cı ilin Aprel döyüşləri "Bişek protokolu"nun faktiki olaraq qüvvədən düşməsi anlamı yaratmış və münaqişənin həllində yeni situasiya doğurmuşdu. Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli yenilənmiş "Madrid prinsipləri" əsasında Rusiya XİN rəhbəri Sergey Lavrovun adını almış sülh planı çərçivəsində aparılır. Amma rəsmi Yerevanın danışıqların həlli ilə bağlı ziddiyyətli və fərqli açıqlamalar verməsi sülhün əldə olunmasında ən ciddi problemə çevrilib.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edir - CANLI 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38 Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır 1 Dekabr 2020, 11:34 66 günlük qəhrəmanlıq dastanı... 1 Dekabr 2020, 11:30 Müharibədə iştirak edən tələbələr təhsil haqqından azad edildi 1 Dekabr 2020, 11:25 BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın! 1 Dekabr 2020, 11:20 Laçının azadlığı ilə yenidən doğulan qəhrəmanlarımız - FOTOLAR 1 Dekabr 2020, 11:16 Laçında Azərbaycan Himni oxundu - VİDEO 1 Dekabr 2020, 11:10 Aşıq Namiq polisə tabesizlik göstərib – DİN-dən AÇIQLAMA 1 Dekabr 2020, 11:05 “Məktəbləri hərbi hissə kimi istifadə edirdik” - Zori Balayanın oğlu 1 Dekabr 2020, 11:04 “Ermənistan son anda “İsgəndər” raketinə əl atdı” - Komandir müavini  1 Dekabr 2020, 11:00 Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək - İqtisadi ŞƏRH 1 Dekabr 2020, 10:55 Analarının ad gününə çata bilməyən şəhid qardaşlar... - VİDEO 1 Dekabr 2020, 10:50 Azərbaycan nefti ucuzlaşdı 1 Dekabr 2020, 10:44 İranda korpus komandiri öldürüldü 1 Dekabr 2020, 10:40 Laçın peykdən belə görünür - FOTO 1 Dekabr 2020, 10:37 Ermənistan prezidentinin eks-müşaviri: “Biz tarixən məğlub olmağa öyrəşmişik” 1 Dekabr 2020, 10:32 Laçının təhsil STATİSTİKASI 1 Dekabr 2020, 10:27 Astarada torpağa basdırılmış narkotik aşkarlandı 1 Dekabr 2020, 10:22 Koronavirus xəstəsi mağazada saxlanıldı 1 Dekabr 2020, 10:16 Koronavirus xəstəsi barədə cinayət işi başlanıldı 1 Dekabr 2020, 10:10 Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO 1 Dekabr 2020, 10:04 28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 09:58
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?