Modern.az

Turizmin bu sahəsi üzrə Azərbaycan dünyada 90-cı yeri tutur

Turizmin bu sahəsi üzrə Azərbaycan dünyada 90-cı yeri tutur

13 May 2020, 14:17

Azərbaycan MİCE turizm üzrə dünyada 90-cı yer tutub.

Modern.az xəbər verir ki, Beynəlxalq Konqreslər və konfranslar Assosiyasının açıqladığı reytinqdə beynəlxalq assosiasiyaların keçitdiyi və ən azı 50 nümayəndənin işyitak etdiyi tədbirlər nəzərə alınıb.

 

2019-cu ilin nəticələrinə görə Azərbaycanda beynəlxalq assosiasiyalar 12 tədbir keçirib. Bu tədbirlərdə 3 mindən artıq qonaq iştirak edib.

Ən çox beynəlxalq tədbirlər ABŞ-da (934), Almaniyada (714), Fransada (595) və İspaniyada (579) keçirilib. Dünyada MİCE-turizm ildə 725 milyard dollar dövriyyə malik dinamik sahəyə çevrilib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır