Modern.az

Qalib gəldiklərini düşünürdülər – Koronavirusun “ikinci dalğası” ilə üzləşən ÖLKƏLƏR

Qalib gəldiklərini düşünürdülər – Koronavirusun “ikinci dalğası” ilə üzləşən ÖLKƏLƏR

Dünya

13 May 2020, 16:33

Çin hakimiyyəti koronavirusun ilkin mənbəyi olan Uxan şəhərində bütün 11 milyon sakini koronavirus testindən keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu addım son 3 gündə 6 yeni yoluxma faktının aşkar olunması ilə bağlıdır. Hubey Vilayətinin Səhiyyə Komitəsi yaxın 10 gün ərzində bütün şəgər sakinlərini test edəcəyini açıqlayıb.

Maraqlıdır ki, aprelin 4-dən bəri Uxanda yeni yoluxma halları aşkar olunmamışdı. Aprelin 26-da isə sonuncu koronavurslu xəstə sağalaraq evə buraxılıb. Amma karantin tədbirlərinin yumşaldılmasından sonra mayın 10-da 1, 11-də isə 5 yoluxma faktı müəyyən olundu.

 

Daha bir gərginlik ocağı Cənubi Koreya sayılır. Paytaxt Seulda son günlər 40 yeni yoluxma faktı ilə bağlı gecə klubları və barların təcili bağlanılması barədə qərar alınıb.

 

Şəhər meri Pak Vonsun qanunu pozanların həbs olunacağını elan edib. 29 yaşlı gəncin COVİD-19 infeksiyasına yoluxduğunu bilmədən Seulun populyar 5 gecə klubu və barında əyləndiyi və bu müddətdə 40 nəfərə virusu ötürməsi müəyyən olunub.

Aprelin sonunda koronavurusa gündəlik 2-3 nəfərin yoluxduğu Cənubi Koreyada izolyasiya qaydaları tam ləğv edilmişdi. Ölkə hakimiyyəti virusun ikinci dalğası ilə üzləşdiklərini hesab edirlər.

 

Mayın 11-də karantin rejiminin yumşaldılmasına başlayan Fransada isə təhlükəsiz “yaşıl” zonada COVİD-19 tapılıb. Bu vaxta qədər yoluxmanın olmadığı Dordon departamentində Eqliz-Nev-de-Ver kəndində dəfn mərasimində iştirak edən 30-a qədər insan COVİD-19-a yoluxub. Sonradan ölənin ailə üzvlərindən birinin virusu ətrafdakılara yaydığı üzə çıxıb.

Yeni yoluxma hallarıan rəğmən ölkədəki 50 500 məktəbin 86%-i mayın 11-dən tədrisi bərpa edib.

 

Sinqapur koronavirusa qalib gəldiyini elan etmiş ölkələrdən sayılırdı. Sərt karantin rejimi tətbiq etmiş ölkədə aprelin 10-na qədər cəmi 142 yoluxma faktı müəyyən olunmuşdu. Lakin karantin rejiminin sadələşdirilməsi ilə COVİD-19-a yoluxma halları kəskin artıb.

Hazırda Sinqapurda 23 822 viruslu xəstə var və bu Cənubi-Şərqi Asiya ölkələri arasında rekord göstəricidir. Ölkənin baş naziri Li Syan Lun isə bir neçə məsuliyyətisz vətəndaşın virusla mübarizəni heçə endirə biləcəyini təəssüflə vurğulayıb.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!