Modern.az

Xaricdən Azərbaycana gətirilən vətəndaşların sayı açıqlanıb

Xaricdən Azərbaycana gətirilən vətəndaşların sayı açıqlanıb

Aktual

13 May 2020, 17:10

"Prezident İlham Əliyevin rəhbərliyilə COVID-19 virusuna qarşı mübarizə tədbirləri davam etdirilir".

Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın milli səviyyədə əldə etdiyi nailiyyətlərin davamı beynəlxlaq səviyyədə davam etdirilir:

“Mayın 4-dən yeni yaradılmış "Evə gedirəm" portalı çərçivəsində qeydə alınan vətəndaşlarımız 5 may tarixində təyyarə ilə Moskvadan Azərbaycana gətirilib. 5 mayda 94 Azərbaycan vətəndaşının İrandan gətirilməsi təmin edilib. 7 mayda İstanbuldan 2 çarter reysi ilə 212 vətəndaş, 8 mayda Daşkənddən 50 vətəndaş, Riqadan 52 nəfər Azərbaycan vətəndaşı gətirilib. 12 mayda Moskadan çarter reysi ilə azərbaycanlı tələbələr gətirilib. 12 mayda 124 nəfərin Minskdən Azərbaycana gətirilməsi də təmin olunub. Mayın 14-də isə Kiyevdən 198 nəfərin təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulur”. 

 Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Rusiya ilə quru sərhəddən 540-dan artıq Azərbaycan vətəndaşı ölkəyə gətirilib: “Gətirilən vətəndaşlar xüsusi karantin zonalarında yerləşdirilir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!