Modern.az

XİN rəsmisi: “Azərbaycana qayıtmaq istəyən 60 min nəfər müraciət edib”

XİN rəsmisi: “Azərbaycana qayıtmaq istəyən 60 min nəfər müraciət edib”

Aktual

13 May 2020, 17:19

Azərbaycanda xüsusi karantin rejiminin davam etdiyi bir dövrdə vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin edilir. Modern.az-ın məlumatına görə bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. L.Abdullayeva qeyd edib ki, XİN bu müddət ərzində fəaliyyətini savam etdirib:

"Səfirlik və konsulluqlarımızın “qaynar xətləri” həftənin hər günü 24 saat çalışır. Daxil olan və toplanan bütün məlumatlar çartet reyslər vasitəsilə 20 mindən çox vətəndaşımız geri qaytarılıb.

Mayın 1-dən XİN-ə 664 telefon zəngi daxil olub və cavablandırılıb".

XİN rəsmisinin sözlərinə görə, təxliyə olunan vətəndaşlar arasında qadınlar, yaşlılar, uşaqlar, həmçinin, bileti olanlar prioritet təşkil edir:

"İndyədək Azərbaycana qayıtmaq istəyən 60 min nəfərdən müraciət almışıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar