Modern.az

Prezidentin köməkçisi Rusiyadan gəlmək istəyənlər haqda açıqlama verdi

Prezidentin köməkçisi Rusiyadan gəlmək istəyənlər haqda açıqlama verdi

Aktual

13 May 2020, 17:30

Mayın 18-31-də xaricdə olan azərbaycanlılar xüsusi çarter reysləri ilə Azərbaycana gətiriləcək.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. “Evegedirem” portalına müraciət edən 540-dan çox Azərbaycan vətəndaşının Rusiyadan gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. MDB və Avropa ölkələrindən Azərbaycana çarter reysləri həyata keçiriləcək.

H.Hacıyev bildirib ki, ümumilikdə indiyə qədər xaricdə olan 20 minə yaxın vətəndaş ölkəyə gətirilib.

O, Rusiyada olan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün "Evegedirem" portalında qeydiyyatdan keçməyi zərui sayıb. 

H.Hacıyevin sözlərinə görə,  ölkənin 1 həftə ərzində təqribən 400 vətəndaş qəbul etmək imkanı var:

H.Hacıyev qeyd edib ki, hər şey gedişatdan asılıdır: "Çünki son günlər ölkəmizdə də koronavirusa yoluxma halları artmaqdadır. Ona görə də qəbul edilən vətəndaşların sayında dəyişiklik ola bilər. Yəni daxildə yoluxmanın artması bu rəqəmin dəyişməsinə təsir edə bilər. Müəyyən olunmuş qrafik çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiyadan gətirilməsi davam etdiriləcək. Bu günlərdə Azərbaycanda olan Rusiya vətəndaşlarının yola salınması üçün də işlər görülür”. 

Onun sözlərinə görə, xaricdən gələn vətəndaşlar 4-5 ulduzlu otellərə yerləşdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı