Modern.az

Xaricdə koronavirusdan ölən azərbaycanlıların nəşi ölkəyə gətirilir

Xaricdə koronavirusdan ölən azərbaycanlıların nəşi ölkəyə gətirilir

13 May 2020, 17:46

"Xaricdə yaşayan azərbaycanlıların koronavirusa yoluxması halları var. Ölənlərin nəşinin Azərbayacana gətirilməsinə icazə verilir".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

L.Abdullayeva qeyd edib ki, aidiyyatı qurumlar tərəfindən koronavirusdan ölənlərin nəşinin ölkəyə gətirilməsi təmin edilir:

“Hətta azərbaycan əsilli olan xarici ölkə vətəndaşları sırasında bu virusa yoluxanlar olub. Xaricdə bu virusdan ölən şəxslərin meyitləri xüsusi reyslərlə Azərbaycana gətirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir