Modern.az

Sərhədlərin açılmasına bu tarixdə QƏRAR VERİLƏCƏK

Sərhədlərin açılmasına bu tarixdə QƏRAR VERİLƏCƏK

13 May 2020, 18:00

"Sərhədlərin açılması may ayının 31-dək mümkün deyil".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

 

Onun sözlərinə görə, həmin müddətə qədər karantin qərarı qüvvədədir: “Mayın 31-dən sonra hökumət bu barədə qərar verəcək. Hələlik Azərbaycanın hansı ölkə ilə ilk olaraq sərhədləri açacağı bəlli deyil. Qərar veriləndən sonra bu məsələyə baxılacaq. Yəqin ki, ilk olaraq Azərbaycan qonşu ölkələrlə sərhədləri açacaq və digər ölkələrə də reyslər bərpa ediləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?