Modern.az

Koronavirus daha çox bu ölkədən gələn vətəndaşlarımızda aşkarlanır

Koronavirus daha çox bu ölkədən gələn vətəndaşlarımızda aşkarlanır

Aktual

13 May 2020, 18:12

"Hazırda koronavirusa yoluxma halı Rusiyadan xüsusi reyslərlə Azərbaycana gətirilən vətəndaşlarımızda digər ölkələrlə müqayisədə daha çox aşkar edilir".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.



H.Hacıyevin sözlərinə görə, əvvəllər Avropa qitəsindən gətirilən vətəndaşlarımızda koronavirusa yoluxma daha çox aşkar olunurdu:


"Son dövrlərdə isə Rusiya Federasiyasından gətirilən vətəndaşlarımızın 18-20 faizində koronavirus infeksiyası aşkar edilir. Bu faiz dərəcəsi artan xətt üzrə gedir. Aprelin sonu, mayın əvvəlində Rusiyadan Azərbaycana gətirilən 540-a yaxın vətəndaşın 10 nəfərində koronavirus infeksiyası müəyyən edilib və onlar xüsusi şəraitdə müalicəyə cəlb olunublar".

Prezident köməkçisi qeyd edib ki, bu rəqəmlər müxtəlif vaxtlarda müxtəlif ərazilərə görə dəyişir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı