Rusiyanın "Buranovski nənələri " qrupunun iştirakçıları "Avroviziya-2012”-də final çıxışı vaxtı səhnədə piroq hazırlamaq üçün özləriylə çovdar unu götürüblər. Bu haqda mətbuat katibi Svetla Seryoqina bildirib. Mayın 8-də Bakıda keçiriləcək “Avroviziya 2012” yarışmasının axırıncı məşqi üçün qrup Moskvaya yola düşəcək.
Rejissorların ideyasına görə, ”Buranovski nənələri”nin çıxışı vaxtı səhnəyə piroq bişiriləcəyi nəzərdə tutulan peç maketi qoyulacaq. Svetlana Seryoginanın sözlərinə görə, bu qrupa həyacanı azaltmağa kömək edəcək.
Xatırladaq ki, “Buranovski nənələri”qrupu martın 8–də milli seçim mərhələsində tamaşaçı səsverməsi və professional müsiflər heyəti tərəfindən Rusiyanı “Avroviziya 2012”-də təmsil etməyə seçilmişdi.
Modern.az