Modern.az

Baş redaktora cinayət işi açıldı

Baş redaktora cinayət işi açıldı

Aktual

14 May 2020, 11:52

Mətbuatda “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

 

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavabında deyib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

 

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir