Modern.az

Paytaxtın cənub girişi abadlaşdırılır - Şəhərin görkəmi dəyişəcək

Paytaxtın cənub girişi abadlaşdırılır - Şəhərin görkəmi dəyişəcək

Aktual

14 May 2020, 16:18

Hazırda paytaxtın Səbail rayonu Yeni Səlyan yolundan - Su İdman Sarayından Bibiheybət məscidinə gedən yolun kənarında neft buruqları olan ərazidə iş aparılır. Ərazidə çalışanlar burada park salınacağını deyirlər.

 

Qeyd edək ki, yolun digər tərəfində yerləşən “Kristal Abşeron”un binaları və “Jurnalist binaları” arasında SOCAR-a məxsus qurğular tərəfindən qazıntı işləri aparılır.

  

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bibiheybət Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) ərazisində abadlaşdırma-yaşıllaşdırma işləri aparılır:

 

“Bunun məqsədi həm şəhərin görkəmini, həm də ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. Belə ki, bu torpaqda 150 ilə yaxındır ki, neft çıxarılır. Neftlə çirklənmiş torpağın təmizlənmə vasitələrindən biri də burada bitki və ağacların əkilməsidir”.

 

“Jurnalist binası” və “Kristal Abaşeron” binaları istiqamətində görülən işlərə gəlincə, SOCAR rəsmisi deyib ki, ərazidə neftçilər üçün yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.

 

Qeyd edək ki, bu ərazi Bakının cənub girişi sayılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır