Modern.az

Ölkəmizdə 1833 nəfər koronovirusdan sağaldı

Ölkəmizdə 1833 nəfər koronovirusdan sağaldı

14 May 2020, 16:36

Hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb:

 

"35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı