Modern.az

Rüşvət almış, dələduzluq etmiş icra başçıları... - VİDEO

Rüşvət almış, dələduzluq etmiş icra başçıları... - VİDEO

Aktual

14 May 2020, 22:53

Prezident İlham Əliyevin birbaşa tapşırığı əsasında Azərbaycanda rüşvətxorluğun qarşısının alınması istiqamətində uğurlu tədbirlər görülür.  Son vaxtlar bir sıra rayonların icra hakimiyyətlərinin başçılarının vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad olunması və həbsi buna aşkar nümunədir.


Cari il ərzində artıq 5 icra başçısı vəzifəsindən kənarlaşdırılsa da, bu hal əvvəlki illərdə də yaşanıb.

 

Modern.az vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad olunan və barəsində cinayət işi açılan icra başçılarının siyahısını təqdim edir.

 

Nizaməddin Quliyev – Ağstafa rayonunun sabiq icra başçısı

 

 

Rüşvətxorluqda, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarının mənimsənilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə N.Quliyev məhkəmənin qərarı ilə 4 aylıq azadlıqdan məhrum edilib.
5 aprel 2019-cu ildən Ağstafa icra başçısı təyin olunan Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Mahir Quliyev - Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı

 


Mahir Quliyev "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "təkrar rüşvət alma" maddələri ilə ittiham olunaraq məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs olunub.
9 il Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan M.Quliyev bundan əvvəl isə 2006 - 2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı olub.

İsmayıl Vəliyev – Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı

 

İ.Vəliyev mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham edilərək 4 ay müddətinə həbs olunub.
2011-ci ildə Neftçala rayonu İcra Hakimiyyəti başçısı təyin olunan İ.Vəliyev bundan əvvəl 6 il müddətinə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı olub.

Qoca Səmədov – Yevlax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı

 


Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə 4 ay müddətinə həbs edilib.
Xatırladaq ki, Q.Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilmişdir.

Vilyam Hacıyev – İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı

 


Vilyam Hacıyev mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarında ittiham edilərək məhkəmənin qərarı ilə 4 aylıq azadlıqdan məhrum edilib.
8 ildir İmişli Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan V.Hacıyev bundan öncə 2006-2012-ci illərdə Samux və 2004-2006-cı illərdə Göygöl Rayon İcra hakimiyyətinin başçısı olub. Vilyam Hacıyev 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.


Rafiq Alışov - Qobustan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı

 

 

1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olmuş R.Alışov dəfələrlə dələduzluqda ittiham olunub. 2013-cü ildə  8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Süleyman Rəşidov - Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı

 

Süleyman Rəşidov 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinə başçı təyin olunmuşdu. “Mənimsəmə və israf etmə”, “vəzifə səlahiyyətlərini aşma” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham olunan keçmiş başçı 1 il sonra tutduğu vəzifədən azad edildi.
2010-cu ildə isə S.Rəşidov 4 il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı