Modern.az

Koronavirusa mahnı YAZILDI - VİDEO

Koronavirusa mahnı YAZILDI - VİDEO

Aktual

15 May 2020, 08:28

Dünyanı çənginə alan koronavirus (CoVID-19) pandemiyasına mahnı yazılıb.

Hindistanın Azərbaycandakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, Hindistan Mədəni Əlaqələr Şurası tərəfindən “COVID-19”a aid mahnı bəstələnib. Hindistanın müxtəlif bölgələrindən olan bəstəkarlar, müğənnilər və musiqiçilər evdəqal kampaniyası çərçivəsində səsyazmaları ilə “Birlikdə mübarizə aparırıq” adlı musiqinin hazırlanmasına öz töhfələrini veriblər. Mahnıda hind klassik musiqisinin notlarından istifadə olunub. Bu mahnı Vasudhaiva Kutumbakamın əsas anlayışı olan “Dünya bir ailədir” mesajını çatdırır. Mahnıda “COVID-19”la mübarizədə əzmkarlıq, əsla vaz keçməmək kimi mənalar ötürülür. Mahnının ifasında Coe Alvares Rəşid, Tubbi, Salome və Samira kimi Hindistanın məşhur simaları yer alıb.
Hindistanın Xarici İşlər Nazirliyi mahnının dünyaya həsr edildiyini bildirib.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir