Modern.az

Pandemiya dövrndə tllər azalıb, qaçaqmalçılıq və kibercinayətkarlıq ARTIB

Pandemiya dövrndə qətllər azalıb, qaçaqmalçılıq və kibercinayətkarlıq ARTIB

15 May 2020, 14:53

Dünya iqtisadiyyatı dərin durğunluq içindədir.

Modern.az beynəlxaloq təşkilatların hesabatlarına istinadən xəbər verir ki, dünyada yaranmış gərgin iqtisadi-siyasi durum cinayətkarlıq sahəsinə də öz təsirini göstərib. Bəzi transmilli mütəşəkkil cinayətkar qruplar sərhədlərin bağlanmasına görə fəaliyyətlərini zəiflətsələr də, başqa qruplaşmalar karantin şəraitində tələbat yaranmış mal və qimətlər sahəsini ələ keçirməyə çalışırlar.

 

“Global Initiative Against Transnational Organized Crime” təşkilatı koronavirusun mütəşəkkil ciunayətkarlığın inkişafının qarşısını aldığını bildirir. Məsələn, sərt izolyasiya tədbirlərinə görə Salvador və Balkan ölkələri kimi yüksək kriminal aktivlik olan ölkələrdə qətl hadisələrinin sayı azalıb. İnsan alveri və qaçaqmalçılığına qurşanmış mütəşəkkil dəstələr də fəaliyyətlərinə fasilə veriblər.

 

Amma ekspertlər bunu qısamüddətli faktor sayırlar. Cinayətkarlığın qısa müddətdə bərpa olaraq yeni fəaliyyət sahələrinə başlanması gözlənilir. Hazırda dünya ölkələrinin əksər dövlət stukturları siyasi qərarlar vermək, durğunluq yaşayan iqtisadiyyatı diriltmək, səhiyyə sahəsində təzyiqlə və s. üzləşməli olur. Hüquq-mühafizə orqanları isə əsas gücünü karantin rejiminin qorunmasına və logistik martuştalara nəzarətə sərf edir.

Belə şəraitdə passivləşən cinayətkar qrupları daha texnoloji və yenilikçi qruplar əvəz etməyə başlayıb. Onların maraq dairəsi narkotik və silah satışından tutnmuş koronavirusla bağlı birinci dərəcli tələbat mallarına – süni nəfər aparatları, testlər və s. yayılıb.

 

Albaniyada koronavirusla mübarizəyə bütün polis qüvvələri sərf olunduğu üçün ölkədə narkotik vasitələr becərən vətəndaşların sayı kəskin artıb. Cənubi Afrikanın Ehtiyat Bankı isə əhalinin fırıldaqçılardan ehtiyatlı olmağa səsləyib. Fırıldaqçılar özlərini viruslu əskinas toplayan bank işçisi kimi qələbə verərək camaatı aldadır.

Keniyada saxta koronavirus testləri satışa çıxarılıb. İsveçrədə fırıldaqçılar özlərini definfeksiya işçiləri kimi təqdim edərək evlərdən mühafizə sistemini yarırlar. Çin və Laosda brakonyerlər kərkədan buynuzunu COVİD-19-a qarşı şəfa verən vasitə kimi böyük qiymətlərə satırlar.

 

Səhiyyə sistemi də mütəşəkkil cinayətkar qrupların hədəfindədir. Tələbatın yüksək olmasından istifadə edərək tibbi preparatların oğulnamasını və qaçırılmasını təşkil edir.

ABŞ-da hər il səhiyyə sahəsinə ayrılan 230 milyard dollar vəsaitin 3-190%-nin oğurlandığı bildirilir. İnterpol və Avropol “Panqeya” əməliyyatı keçirərək 14 milyon dollar məbləğində qanunsuz tibbi avadanlıq müsadirə etdilər.

 

Digər problem isə kibercinayətkarlığın artımı ilə bağlıdır. Fırıldaqçıları özlərini Ümumdünya Səhiyyə Təşkilatının yaxud başqa təşkilatın əməkdaşı kimi təqdim edərək viruslu proqramı şəbəkədə yayırlar. Bundan başqa, mövcud olmayuan sayatlara tibbi yarıdm göstərəmk üçün hesablar açaraq insanları aldadırlar.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər