Modern.az

Koronavirusun 2-ci mərhələsində əsas yoluxma bölgələri məlum oldu

Koronavirusun 2-ci mərhələsində əsas yoluxma bölgələri məlum oldu

15 May 2020, 17:25

Həftə ərzində aparılan monitorinqlərin nəticələri araşdırılır. Ölkə ərazisində virusla mübarizə iki mərhələdə həyata keçirilir. Modern.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, hazırda pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik. O qeyd edib ki, bu, Gəncədə aparılan əks-epidemik tədbirlər nəticəsində mümkün olub:

"Amma bundan arxayınlaşmaq olmaz. Təəssüflər olsun ki, bəzi böldələrdə məsuliyyətsizliklər yaşanır, Yevlaxda 64 sakin koronavirusa yoluxub. İlk yerdə Lənkəranın kəndləridir. Əhaliyə müraciət edərək bildiririk ki, xüsusi karantin rejiminə əməl etsinlər. 9 maydan başlayaraq Bakıda metropolitenin fəaliyyəti bərpa edilib. Təhlillər göstərir ki, aktiv hallar yumşalmadan sonra artıb".

R.Bayramlının sözlərinə görə, yoluxma sürəti 20-31 martda ən yüksək olub:

"Apreldən başlayaraq, tətbiq edilən məhdudiyyətlər nəticəsində yoluxma minimuma enib".

TƏBİB sədri bildirib ki, bu gün 101 yeni yoluxma faktı aşkar edilib: "1977 -ci il təvəllüdlü xəstəmizi bütün cəhdlərə baxmayaraq, itirdik.

Xəstələrin 76,6 faizində simptomlar yüngül hiss edilib. 4-5 faiz xəstədə ağır gedişlə müşahidə edilib. Ümumi xəstələrin 1,6 faizinin süni tənəffüs aparatına ehtiyac yaranıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi