Modern.az

Nazirlər Kabineti koronavirusla bağlı lənkəranlılara ÇAĞIRIŞ ETDİ

Nazirlər Kabineti koronavirusla bağlı lənkəranlılara ÇAĞIRIŞ ETDİ

15 May 2020, 17:29

“Ölkə üzrə gündəlik maska istehsalı gücü 500-ə çatdırılıb”.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O deyib ki, modul tipli xəstəxanaların və “Yeni Klinika”nın açılması bu problemlə yaşamaq və işləməyə imkan verir: 

 

“Bütün ictimai iaşə obyektləri Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara uyğun fəaliyyət göstərməlidirlər. Əks təqdirdə qanunu pozan şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər”.

 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, koronavirusla mübarizə iki mərhələyə bölünüb:

 

“Birinci dövr karantin dövrü və məhdudiyyətlərin tətbiq edilməsi idi. Gəncə şəhərində bütün dövlət qurumlarının birgə apardığı tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını almaq müəyyən qədər mümkün olub. Lakin yoluxmanın artma riski qalır, arxayınlaşmamalıyıq. Yevlax rayonunda son günlərdə 64 sakin virusa yoluxub. Lənkəranda yoluxmanın yüksək olduğu kəndlər var. Şağlaser 31, Boladi 16 və Vilvan kəndində 11 fakt aşkarlanıb. Bu bölgələrin sakinləri karantin qaydalarına xüsusilə əməl etməlidirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir