Modern.az

Pandemiya dövründə 2 478 ailə qurulub - RƏSMİ  

Pandemiya dövründə 2 478 ailə qurulub - RƏSMİ  

Aktual

15 May 2020, 20:19

BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyası ilə əlaqədar nazirliyin qeydiyyat şöbələri xüsusi karantin rejiminə uyğun fəaliyyətini davam etdirib:

"Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmək, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmaq tövsiyə olunub.

Pandemiya dövründə nazirliyin qeydiyyat orqanları tərəfindən bu günədək 23.400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib ki, onların da 2.478-nikah, 12.566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır. Uşaqların 6.793-ü oğlan, 5.773-qız, 140 əkiz, 6 üçəm olub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!