Arxiv
12 Yanvar 2010, 10:05 | REPORTAJ
Bakıdakı “Şanxay”ın sakinlərinə xəbərdarlıq edilib

DƏMİRYOLUNUN BİRADDIMLIĞINDAKI GECƏQONDULAR MƏSKƏNİ DAĞIDILA BİLƏR

 

 
Paytaxtda “Şanxay” adı ilə tanınan məşhur gecəqondular yurdu yerlə-yeksan edilə bilər. Sözügedən ərazidə yaşayan sakinlərə bu barədə xəbərdarlıq da edilib. Hətta sakinlər söküntü işlərinin aparılması üçün evlərin si­ya­hı­ya alınmasına başlanıldığını da bildirirlər.

Bununla əlaqədar üz tutduq shəmin ünvana. Yolda rastlaşdığımız ixtiyara yaxınlaşıb, yolu-yolağanı öyrənmək bəhanəsi ilə onu söhbətə tutduq. Kələ-kötür yolda gediş-gəlişin çətinliyindən söz salıb söhbəti bizi buraya qədər çəkib gətirən məsələnin, yaşayış massivindəki evlərin sökülməsinin üzərinə gətirdik. Elə sözümüzə bəndmiş kimi ağsaqqal «ay bala yaralı yerimizə toxundun» deyib birbaşa mətləbə keçdi: «Bir neçə gün öncə qapı-qapı düşüb evləri siyahıya aldılar. Evlərin sənədi, yəni kupçasının olub-olmadığı ilə də maraqlanırdılar. Bizə dedilər ki, ərazi dəmiryol xətinin mühafizə zolağına aid olduğundan, buradakı tikililərin sökülməsi qərara alınıb. Hətta “Azərbaycan Dəmir Yolları” Qapal Səhmdar Cəmiyyətində (QSC) bu­nun­la bağ­lı xü­su­si proq­ram ha­zır­landığını da söylədilər. Onların dediyinə inansaq, siyahıya alınma başa çatandan və sə­nəd­lə­ri­mizin qaydasında olub-ol­ma­dı­ğı tam ay­dın­la­şan­dan son­ra, də­mir­yol xətt­lə­ri­nin ya­xın­lı­ğın­da in­şa edi­lən ev­lə­rin sö­kül­mə­si­nə baş­lanacaq». 
Xəbərdən mütəəssir olan ağsaqqal H­acı­ba­ba Ra­ma­za­nov deyir ki, ərazi dəmiryolun mühafizə zolağına aid olsa belə, yaşayış massivindəki evlər bir qərarla sökülə bilməz.  

Sə­nəd­siz ev­lə­rə kom­pen­sa­si­ya tə­lə­bi

«40 il­dir ki, bu də­mir rels­lə­rin yaxınlığında ya­şa­yı­ram. İn­di­yə­dək qu­la­ğım bəl­kə­ də min­lər­lə tep­lo­vo­zun fi­ti­ni eşi­dib. Çox qa­ta­rın taq­qıl­tı­sı­na ayı­lıb ge­cə yu­xu­sun­dan məh­rum ol­mu­şam. Am­ma atam­gil bu­ra­da yurd sal­dı­ğın­dan əziy­yət­lə­rə dö­züb, evi sat­ma­mı­şam. İndi qərar çıxarıb evləri sökmək istəyirlər. Düzdür, buradakı evlərin çoxu gecəqondudur. Bir gecənin içərisində maşın işığında tikilib. Amma çoxunun da tikintisinə rəsmi icazə verilib. Adamdan soruşarlar ki, burada ev tikmək qeyri-qanuni idisə, niyə aidiyyatı qurumlar evlərə kupça verib? Necə kupça veriblər, eləcə də zəhmət çəkib kompensasiyanı ödəsinlər. Əks halda divar başımıza uçsa da, evimizi tərk edən deyilik». “Şanxay”dakı digər sakinlər də, H.Ramazanov kimi kompensasiya almamış evlərindən çıxmayacaqlarını söylədilər.
H­əli­mə Şə­fi­ye­va adlı sakin bi­zim­lə söh­bə­tin­də etiraf etdi ki, evinin heç bi­r sə­nə­di yox­dur. Amma həmsöhbətim sənədsiz evinə də kompensasiya iddiasındadır: «Bu­ra­da ya­şa­yan­la­rın ha­mı­sı Mən­zil İs­tis­mar Sa­hə­lə­ri (MİS) tə­rə­fin­dən qey­diy­ya­ta sa­lı­nıb. Ev­lə­rin in­şa­sı­na heç bir rəs­mi or­qan sə­nəd ver­ilmə­di­yin­dən, "kup­ça"mız  yox­dur. Amma illərdir işıq, qaz, su pulu ödəyirik. Deməli bizi qeydiyyata alıblar».   
25 il­dir ki, bu ərazidə ya­şa­yan Nai­bə Sə­mə­do­va isə bil­dir­di ki, MİS-də evin qey­diy­ya­ta düş­mə­si üçün xey­li pul xərc­lə­yib: "İl­lər­dir dövlətə işıq, su, qaz pu­lu ödə­yi­rəm. Evim qa­nu­ni de­yil­di­sə mən­dən ni­yə kom­mu­nal xid­mət­lə­rə gö­rə pul alır­dı­lar? Ya ev, ya da əvəzində pul ver­mə­miş mə­ni bu­ra­dan çı­xar­sa­lar, özü­mü yan­dı­ra­ca­ğam».
N.Səmədova sözarası, bəlkə də zarafatyana aidiyyatı qurumlara ismarıc da göndərdi: «Buradakılar sözü havaya demirlər. Dillərinə gətirdiklərini əməlləri ilə də sübut edirlər. Necə olsa illərdir “1-ci kalon”la qonşuluq etmişik. Hamımızın canında «vor zakon» luq var».
Doğurdan da qəsəbə sakini sözü havaya demirmiş. Sakinlərdən öyrəndik ki, əv­vəl­lər bu ün­va­nın adı yox­muş. Ca­ma­at “1-ci k­alo­n”a ya­xın ol­du­ğun­dan əra­zi­ni "Lo-1" ad­lan­dı­rıb. Bu ad pis mə­na da­şı­dı­ğın­dan sa­kin­lə­rin mü­ra­ciə­tin­dən son­ra əra­zi­yə şə­hid Pə­nah Fər­zə­li­ye­vin adı ve­ri­lib.

Də­mir "yoll"u "Şan­xay"

Am­ma rəs­mi adın ve­ril­mə­si də özbaşına sa­lı­nan bu qə­sə­bə­nin prob­le­mi­ni həll et­mə­yib. Bu­ra­da­kı kü­çə­lə­rə ad ve­ril­sə də, qə­sə­bə­nin yo­lu yox­dur. Sa­kin­lər yol kimi də­mir­yo­lun­dan is­ti­fa­də edir­lər. Bü­tün ev­lə­rin hamısının qa­pı­sı da də­mir­yo­lu­na açı­lır. Qə­sə­bə­də­ki "1-ci də­mir­yol"da az­yaş­lı uşaq­lar­dan tut­muş, bö­yük­lə­rə qə­dər hər kəs də­mir­yo­lun­dan is­ti­fa­də edir. H­ət­ta qa­ta­rın gəl­mə­di­yi­ni gö­rüb şəx­si mi­nik av­to­mo­bi­li­ni də hə­yə­ti­nə sü­rən­lər var­dı. "1-ci də­mir­yol"da olar­kən tə­əc­cüb­lü bir fakt­la rast­laş­dıq. Tep­lo­voz yaş­lı bir qa­dı­nın cü­cə­lə­ri­ni də­mir­yol xət­tin­dən çı­xar­ma­sı üçün göz­lə­mək məc­bu­riy­yə­tin­də qal­mış­dı. Sa­kin­lər be­lə hal­la­rın tez-tez baş ver­di­yi­ni söy­lə­di­lər.
18 yaş­lı Lə­man Mir­zə­ye­va bi­zə de­di ki, tep­lo­vo­zun sü­rü­cü­sü çox vaxt də­mir­yo­lun­da ve­lo­si­ped sü­rən az­yaş­lı uşaq­la­rın şıl­taq­lı­ğı­na da döz­mə­li olur: "Bə­zən uşaq­lar tep­lo­vo­zun gəl­mə­si­nə bax­ma­ya­raq yol­dan çıx­mır­lar. Ona gö­rə də sü­rü­cü tep­lo­vo­zu sax­la­ma­lı olur".

"Dəfə­lər­lə bu yol­da uşa­ğı, qa­dı­nı qa­tar vu­rub"

Sa­kin­lər­lə söh­bə­ti­miz­dən son­ra öy­rən­dik ki, “2-ci də­mir­yol­”da və­ziy­yət da­ha qə­liz­dir. Bu­ra­da ev­lər­lə də­mir­yol xət­ti­nin ara­sın­da mə­sa­fə 10-15 sm-dir. Sö­zü­ge­dən ün­va­na ge­dən­də xey­li müd­dət həm­söh­bət ol­maq üçün adam ax­tar­dıq. Son­ra öy­rən­dik ki, qa­ta­rın hə­rə­kət vax­tı ol­du­ğun­dan sa­kin­lər ev­lə­rin­dən ba­yı­ra çıx­mır­lar.
İs­ma­yıl H­əsə­nov adlı sakin bi­zim­lə söh­bə­tin­də de­di ki, bu yol­da qa­tar sü­rət­lə hə­rə­kət et­di­yin­dən qa­pı­nın kan­da­rın­da da­yan­maq be­lə təh­lü­kə­li­dir: "Bu­ra­dan ke­çən qa­tar­la­rın ço­xu təh­lü­kə­li yük da­şı­yır. Xü­su­si­lə də sı­xıl­mış qaz­la do­lu sis­tern­lər ke­çən­də Al­la­ha yal­va­rı­rıq ki, bəd­bəxt ha­di­sə baş ver­mə­sin".
İ.H­əsə­no­vun de­di­yi­nə gö­rə, be­lə təh­lü­kə­li yük­lər apa­ran qa­ta­rın qə­za nə­ti­cə­sin­də aş­ma­sı, bü­tün qə­sə­bə­nin yer­lə-yek­san ol­ma­sı de­mək­dir.
Qə­sə­bə sa­ki­ni in­di­yə­dək bir ne­çə də­fə də­mir­yo­lun­da qə­za baş ver­di­yi­ni də söy­lə­di. Onun söz­lə­ri­nə gö­rə, də­mir­yo­lu in­di­yə­dək on­lar­la in­sa­nın hə­ya­tı­na son qo­yub: "Bu yol­la hə­rə­kət edən qa­tar­lar təh­lü­kə­li yük da­şı­dıq­la­rın­dan və sü­rət­lə hə­rə­kət et­dik­lə­rin­dən qar­şı­sı­na çı­xan hər şe­yi vu­rub ke­çir­lər. Dəfə­lər­lə bu yol­da uşa­ğı, qa­dı­nı qa­tar vu­rub".
İ.H­əsə­nov bə­zən gü­na­hın sa­kin­lər­də ol­du­ğu­nu da eti­raf et­di. Bil­dir­di ki, bu ya­xın­lar­da rel­sin üzə­ri­nə zi­bil qo­yan bir qa­dı­nı qa­tar vu­rub.
Amma bununla belə sakinlər dəmir relslərin biraddımlığında tikdikləri evlərini dəyəri ödənilməyincə tərk etmək istəmirlər.
Sakinlərin arasında hətta evlərin yox, dəmiryol xəttinin söküləcəyinə inananlar da var. Onların dediyinə görə, evlərə kompensasiyanın verilməsi çox xərc tələb etdiyindən, “Azərbaycan Dəmir Yolları” QSC dəmiryol xəttinin sökülərək başqa ərazidən çəkilməsinə qərar verə bilər.

Kompensasiyanı kupçası olanlar alacaq

Deyilənlərə aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə də əlaqə saxladıq. Amma Cəmiyyətdən evlərin nə vaxt söküləcəyi barədə qəti fikir bildirmək istəmədilər. Qurumun mətbuat xid­mə­ti­nin rəi­si Na­dir Əz­məm­mə­dov əvvəlcə bu məsələyə toxunmaqla camaat arasında «panika» yaratmamağımızı məsləhət gördü. Sonra isə dəmiryolun mühafizə zolağında salınan bu qəsəbənin sökülməsi barədə hələki onlarda bir məlumat olmadığını bildirdi. Onun sözlərinə görə, hələki dəmiryolların mühafizə zolağında tikililərin sökülməsi işi müvəqqəti olaraq dayandırılıb. Amma N.Əzməmmədov həmin tikililərin qatarların hərəkətinə ciddi maneə yaratdığını gizlətmədi. Xidmət rəhbəri xüsusilə “Şanxay” adlanan ərazidə vəziyyətin daha təhlükəli olduğunu bildirdi: «Sakinlər kanalizasiyanı yola axıtdıqlarından, dəmiryoldakı şpallar çürüyür. Evlər dəmiryol xətinə çox yaxın olduğundan, hər an bədbəxt hadisə, faciə baş verə bilər. Çünki həmin dəmiryol vasitəsilə təhlükəli yüklər daşınır».
Dəmiryolun sökülməsinə gəlincə, N. Əzməmmədov bunun mümkünsüz olduğunu bildirdi. Rəsmi qurum sözçüsü dedi ki, sözügedən dəmiryol vasitəsilə yüklər Dübəndi stansiyasından paytaxta, buradan da Tiflisə daşınır. N.Əzməmmədovun sözlərinə görə, bu səbəbdən həmin xəttin ləğv olunmasından söhbət belə gedə bilməz. “Şanxay”da dəmiryolun mühafizə zolağında tikilmiş evlərə kompensasiya verilib-verilməməsi məsələsinə gəlincə, N.Əzmməmədov bunu belə izah etdi: "Qey­diy­yat sə­nə­di evin “kup­ça”­sı de­yil. On­lar sa­də­cə ola­raq seç­ki­lər­də səs ver­mək və kom­mu­nal xid­mət haqq­la­rı­nı ödə­mək üçün MİS tə­rə­fin­dən qey­diy­ya­ta alı­nıb­lar. Nə Ba­kı Şə­hər İc­ra H­aki­miy­yə­ti, nə də La­yi­hə İns­ti­tu­tu on­la­ra ica­zə ve­rib. Bu or­qan­la­rın ica­zə ver­mə­di­yi ti­ki­li­lər qa­nun­suz say­lır. Qanunsuz tikililərə isə kompensasiya ödənmir.  Kupçası olan evlərə isə sökülərsə, kompensasiyanı həmin tikilələrə rəsmi icazə verən qurumlar ödəyəcəklər».  

Vüsalə Şabanova

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanınmasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51