Modern.az

Bakı Tikiş Evi koronavirus testi üçün Operativ Qərargaha müraciət etdi

Bakı Tikiş Evi koronavirus testi üçün Operativ Qərargaha müraciət etdi

Aktual

16 May 2020, 13:12

Bakı Tikiş Evinin (BTE) rəhbərliyi müəssisədə koronavirus yoxlamasının həyata keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

 

Bu barədə Modern.az-a BTE-nin satış üzrə mütəxəssisi Etibar Əzimov məlumat verib. O qeyd edib ki, müəssisənin işçilərinin koronavirus testindən keçməsi nəzərdə tutulur:

 

“Bakı Tikiş Evi yaxın günlərdə fəaliyyətini bərpa etməyə hazırlaşır. Lakin bundan öncə işçilərin koronavirus testindən keçməsi, risk qrupunda olan şəxslərin müəyyən olunması vacibdir. Buna görə, rəhbərlik tərəfindən Operativ Qərargaha müraciət edilib”.

 

Etibar Əzimov tikiş evinin koronavirusa yoluxan bütün işçilərinin sağaldığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Bakı Tikiş Evində (BTE) 64 nəfər koronavirusa yoluxub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər