Modern.az

Azərbaycanda Ramazan bayramı hansı tarixdə keçiriləcək?

Azərbaycanda Ramazan bayramı hansı tarixdə keçiriləcək?

Aktual

16 May 2020, 15:06

Böyük ehtimalla Ramazan bayramı mayın 24-ə təsadüf edəcək.

 

Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Şahin Həsənli bildirib.

 

İlahiyyatçı qeyd edib ki, bayram gününün dəqiq tarixini QMİ Şamaxı Astrofizika Rəsədxanası ilə müəyyənləşdirəcək:

 

"Ayın Azərbaycan ərazisində görünməsi böyük ehtimal mayın 23-ü axşam saatlarına təsdüf edəcək. Amma yenə də dəqiq olaraq QMİ Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqə saxlayacaq, onlar ayın görünməsi ilə bağlı məlumat verəcəklər və ona uyğun fətva veriləcək".

 

Hacı Şahin onu da əlavə edib ki, Ramazan ayının orucu 30 gündən artıq olmamalıdır:

 

"İndiyədək elə hal müşahidə olunmayıb ki, Ramazan ayının 29 günü tamam olmamış səmada ay görünsün. Mütləq şəkildə Ramazanın 29-cu ya da 30-cu günü ay görünür və bayram qeyd olunur".

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı