Modern.az

4 şəhər və 1 rayona giriş-çıxışa QADAĞA

4 şəhər və 1 rayona giriş-çıxışa QADAĞA

16 May 2020, 18:26

Mayın 31-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində və Abşeron rayonuna giriş-çıxış qadağandır.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarda bildirilir ki, mövcud qadağalar 31 may 00:00-dək qüvvədə qalacaq:

 

"Yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış mayın 31-dək qadağandır. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qaydası da qüvvədədir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?