Modern.az

İmtahan zamanı tətbiq ediləcək təhlükəsizlik qaydaları -RƏSMİ

İmtahan zamanı tətbiq ediləcək təhlükəsizlik qaydaları -RƏSMİ

17 May 2020, 14:34

İmtahanlar zamanı koronavirus infeksiyasının (covid-19) profilaktikasina dair metodiki göstərişlər hazırlanıb.

 

Modern.az-ın məlumatına görə, sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

 

Ümumi göstərişlər aşağıdakıları təmin edin:

- İmtahanlara onlayn qeydiyyatı;

- İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmasını;

- İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsini;

- İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını;

- Otaqlarda, zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılmasını;

- Səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyatheyətin əvvəlcədən hazırlanmasını;  İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunmasını;

- Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsini;

- İmtahan mərkəzlərinin tibbi maskalarla təchizatını;

- Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsini;

- İmtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsini;

- İştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamalarını;

- İmtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsini;

- Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2m) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsini;

- İmtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını, nəzarətçinin sənədlərə əllə toxunmamasını;

- Hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunmasını;

- İmtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini;

- İştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını;  Məlumatlandırma məqsədi ilə yuxarıda qeyd olunan qaydaların imtahana buraxılış vərəqəsində əks olunmasını.

 

TƏMİZLİK VƏ DEZİNFEKSİYA İŞLƏRİ

  • Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.

 

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

- Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

- Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

- Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadəedilir;

- Dezinfeksiya: istifadəsinəicazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;

- Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.

 

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar: 

- İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

- Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadəedilməməlidir;

- Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

- Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

 - Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

- Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

 

- Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

- Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:  Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

-  Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər);

- Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər);

- Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

- Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

- Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

- Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

- Tullantı qabları (spirt tərkibli məhlul və ya digər).

 

İŞÇİ HEYƏTİN ŞƏXSİ GİGİYENASI

- İşçi heyət imtahan müddətində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır;

- İşə başlamazdan, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra işçilər əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.

Əllərin gigiyenasına dair tövsiyələr:

- Əllərinizi axar su ilə isladın və sabunu əllərinizəsürtün;

- Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;

- Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;

- Əllərinizi axar suyun altında mükəmməl durulayın;

- Əllərinizi təmiz salfetlərlə qurudun;

- Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin.

 

Tibbi maskalardan ümumi istifadə qaydaları: 

- Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilətaxılmalıdır;

- İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaqolmaz;

- Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsiləçıxarılmalıdır); 

- Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilətəmiz yuyulmalıdır;

- Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

- Birdəfəlik maskalardan təkrar istifadəedilməsi qəti qadağandır;

- Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

 

İŞÇİ HEYƏTİN MÜAYİNƏSİ 

- İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

- İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;  Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

- Həmin işçidəlaborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi