Modern.az

İranda beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək

İranda beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək

Dünya

17 May 2020, 16:36

İranda ənənəvi beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək.

 

Modern.az-ın məlumatına görə, bunu  İran İslami Təbliğat Şurasının  koordinasiya mərkəzinin sədr müavini  Nüsrətullah Lütfi deyib.

 

Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı, cari ildə geniş miqyaslı tədbirin keçirilməsi mümkün olmadığı üçün yürüş  ləğv olunub:

 

 "Lakin Ramazan ayının son cümə günü İranın Ali lideri Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı  danışacaq. Bu canlı çıxış  televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq".

 

"Qüds günü" ilk dəfə 1982-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir