Modern.az

65 yaşdan yuxarı vətəndaşlar üçün qadağa GÖTÜRÜLDÜ

65 yaşdan yuxarı vətəndaşlar üçün qadağa GÖTÜRÜLDÜ

Aktual

18 May 2020, 00:22

Bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə 65 yaşdan yuxarı insanların evdən çıxmasına qoyulan qadağa aradan qaldırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək.

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir.

Eyni zamanda, qeyd edilir ki, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?