Modern.az

Azərbaycanlı deputat Türkiyə Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanlı deputat Türkiyə Baş nazirinin müavini ilə görüşüb

10 May 2012, 11:42

İstanbul Universitetində Türk Ocaqlarının 100 illiyi münasibətilə “Bir düşüncə hərəkatının yüz ili” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini Bəşir Atalay və İstanbul Türk Ocaqları başqanı Cezmi Bayramla görüşüb. Beynəlxalq simpoziumda millət vəkili  Qənirə Paşayevanın Türk Dünyasının birgə fəaliyyətinin vacibliyi və əhəmiyyəti barədə çıxış və məruzəsini yüksək qiymətləndirən Türkiyə Baş nazirinin müavini Bəşir Atalay Türkiyənin bundan sonra da daim Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəyini deyib.

Qənirə Paşayeva Bəşir Atalaya araştırmaçı-yazar Azər Turanla həmmüəllifi müəllifi olduğu “Əlibəy Hüseynzadə Turan” kitabını təqdim edib. Qeyd edək ki, Türk Ocaqlarının qurulmasında böyük xidmətləri olan Türk dünyasının böyük şəxsiyyəti Əli Bəy Hüseyzadə haqqında yazılmış bu kitab Türk Ocaqlarının 100-cü ildönümü münasibəti ilə İstanbul Türk Ocaqları tərəfindən  Türkiyə türkcəsində nəşr edilib və Türkiyədə geniş təqdimatı keçirilib.
Baş nazirinin müavini Bəşir Atalay millət vəkili Qənirə Paşayevaya bu dəyərli kitab üçün təşəkkür edib. Millət vəkili Qənirə Paşayevaya İstanbul Türk ocakları adından ebru tablosu hədiyyə verilib.
Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir