Modern.az

UNEC Azərbaycan və dünyada ən tanınmış ali məktəblərdən olacaq - Ekspertlər

UNEC Azərbaycan və dünyada ən tanınmış ali məktəblərdən olacaq - Ekspertlər

18 May 2020, 15:14

2020-ci il iyunun 19-da  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 yaşı tamam olur. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında UNEC-in müstəsna xidmətləri var. UNEC ölkəmizdə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr  hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

Professor Ədalət Muradovun ali təhsil ocağına rektor təyin edilməsindən sonra UNEC-də görülən işlərin kəmiyyət və keyfiyyəti müsbətə doğru daha da dəyişdi.  

 

UNEC-in Azərbaycan təhsilində əhəmiyyətindən danışan deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev də bu universitetin yaxın gələcəkdə ölkəmizdə və dünyada ən məşhur universitet olacağına inandığını bildirib: 

 

“Son illərdə UNEC çox böyük inkişaf yolu keçdi. Demək olar ki, universitet tamamilə yeniləndi. Şəffaf idarəetmə sistemi bərpa olundu, elmi-tədqiqatların keyfiyyəti yüksəldi, vaxtilə yaşanmış bütün neqativ hallar aradan qaldırıldı. 

Tədqiqat universitetinin cığırını açdı. UNEC indi köhnə adı ilə, yəni, “Narxoz” deyə çağırılmır. Düşünürəm ki, yaxın gələcəkdə UNEC tədqiqat universiteti kimi Azərbaycan və dünyada ən tanınmış ali məktəblərdən olacaq. Universitet beynəlxalq reytinq cədvəllərində öz mövqeyini qoruyub saxlayır və inkişaf yolunda irəliləyir. Pandemiya dövründə UNEC-də yaradılan distant təhsil mərkəzi  təhsilin fasiləsizliyini təmin etdi. Hesab edirəm ki, UNEC-in qarşısında daha böyük hədəflər var və ona doğru inamla irəliləyir”.

 

 

 

Deputatın sözlərinə görə, UNEC-in rektoru çox innovativ insandır:

 

“Ədalət Muradov ali təhsil sahəsində zəngin ideyalara sahibdir. O, iqtisadiyyat elminin gələcəyini görür. Bu fikirləri UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi apardığım müşahidələr əsasında bildirirəm. Universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, keyfiyyətli təhsil mühitinin yaradılması, elmi-tədqiqatlarının istiqamətlərinin genişləndirilməsi, kollektivdə yüksək mədəni abu-havanın yaradılması, böyük kitabxananın qurulması son illərdə həyata keçirilən müsbət işlərdir. Düşünürəm ki, rektorun UNEC-i inkişaf etdirmək üçün kifayət qədər ideyaları var və bu istiqamətdə var gücü ilə çalışır”.

 

UNEC-in fəaliyyəti haqqında Modern.az-a danışan professor Şahlar Əsgərov da universitetin Azərbaycan təhsil sistemində mərkəzi yer tutduğunu söyləyib:

 

“Universitetin 90 illiyi bu yaxınlarda qeyd ediləcək. UNEC-in keçdiyi həyat yolu çox mürəkkəb olub. Hətta univeristetin bağlandığı vaxtlar da olub. Xalq arasında “Narxoz” deyirdilər. “Bazar” sözünün arxasında hansı məna dayanırdısa, “Narxoz” deyəndə də o anlaşılırdı. İnsanlar düşünürdülər ki, burada biliklər pulla satılır, qiymətlər də eyni şəkildə yazılır və təhsil zəif verilir. Korrupsiya hallarının çox olması fikirlərini eşidirdik. Ədalət Muradov rektor olandan sonra universitet UNEC-ə çevrildi və neqativ hallar da aradan qaldırıldı. O qədər müsbət dəyişikliklərə imza atdı ki, təkcə Azərbaycanın deyil, dünyanın tanınmış universitetləri sırasında yer aldı. Universitetin həm strukturu, həm də mahiyyəti dəyişdi. İdarəetmə sistemi yeniləndi, kadrları daha savadlı və yüksək potensiallı şəxslərə çevrildilər. Xaricdə təhsil alan azərbaycanlı gənclər UNEC-ə cəlb olundu. Alınan bütün qərarlar tələbələrin xeyrinə oldu”.

 

 

Ş.Əsgərov deyib ki, UNEC tələbələrin və müəllimlərin öz üzərlərində işləməyi üçün şərait də yaradıb:

 

“Bu demokratik şəraitdir. Beynəlxalq indeksli jurnallarda elmi məqalələri çap olunan müəllimlər öz maaşlarından daha çox mükafat alırlar. Bu ənənə imkan verir ki, universitetin müəllimləri elmlə, biliklə yaxşı pul qazana bilsinlər. Eynilə tələbələrin də özünü inkişaf etdirməsi üçün əhəmiyyətli imkanlar yaradılıb. Onlar “science slam” vasitəsilə uğurlarını təsdiq edə bilirlər.

Diqqətə çatdırmalıyam ki, müsəlman aləmində 4 nəfər “Nobel” mükafatına layiq görülüb. Onların ikisi həyatdadır və hər ikisi UNEC-in fəxri qonağı olub. Onlardan biri banqladeşli alim, iqtisadiyyat elmləri üzrə professor Məhəmməd Yunis, ikincisi isə türkiyəli, kimyaçı alim Ali Sancardır.

Ümumiyyətlə, UNEC yenilikləri özündə tətbiq etmiş, beynəlxalq əhəmiyyətli təhsil, elm ocağıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu