Modern.az

Eldar Əzizov: “...belə oyun olar?!”

Eldar Əzizov: “...belə oyun olar?!”

Aktual

18 May 2020, 17:33

Küçə və prospektlərdə dezinfeksiya aparılarkən, sıxlıq nəzərə alınır.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib. E.Əzizov deyib ki, dezinfeksiyanın çox edilməsi zərərlidir:

"Bu zaman bitkilər məhv ola bilər. Əgər vətəndaşlar qaydalara riayət etməsələr, dezinfeksiya işlərinin də əhəmiyyəti olmayacaq".

E.Əzizov qeyd edib ki, küçədə gəzərkən vətəndaşların cəmi 10 faizi maskadan istifadə edirlər:

"Bəzi savadlı insanlar düşünür ki, bu bir oyundur. Ölkələr, sərhədlər bağlanıb, belə oyun olar?!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir