Modern.az

İnsanlar evdən çıxmadan gedəcəyi çimərliyi seçə biləcək - RƏSMİ

İnsanlar evdən çıxmadan gedəcəyi çimərliyi seçə biləcək - RƏSMİ

Aktual

18 May 2020, 17:40

Çimərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

İcra başçısı deyib ki, qaydalara əsasən, insanlar evdən çıxmadan gedəcəyi çimərliyi seçə biləcək:

 

"Nəzarətə gəldikdə, böyük çimərliklərdə administrasiyalar yaradılacaq və rayon icra hakimiyyətinin rəsmiləri buna nəzarət edəcək".

 

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qeyd edib ki, çimərliklərlə bağlı metodiki göstərişlər hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi