Modern.az

Sabah Almaniyadakı azərbaycanlılar Vətənə gətiriləcək

Sabah Almaniyadakı azərbaycanlılar Vətənə gətiriləcək

Aktual

18 May 2020, 22:24

Mayın 19-u vətəndaşlarımız Almaniyadan Azərbaycana təxliyyə olunacaq.

Bunu Modern.az-a Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev bildirib.

 

Diaspor nümayəndəsi çarter reysin Almaniyanın Berlin şəhərindən baş tutacağını deyib:
“İşlə əlaqədar olaraq Berlinə gələn, yaxud da burda təhsil alan tələbələrimiz təxliyyə olunmaq üçün səfirliyə müraciət edirlər. Sabah Bakıya bir təyyarə ilə uçuşun həyata keçirilməsi gözlənilir”.

A.Ağayev Almaniyadakı vətəndaşlarımız arasında koronavirusa yoluxma halının olmadığını diqqətə çatdırıb:

“Çox şükür ki, vətəndaşlarımızdan mövcud virusa yoluxan yoxdur. Azərbaycanlılarla əlaqə saxlayırıq, lazım gəldikdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlarımıza yardım göstərilir. Fuad Muradovun təşəbbüsü ilə təkcə Köln şəhərində 9 nəfər vətəndaşımız qalmaq üçün yerlə təmin olub, onlara maddi dəstək göstərilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?