Modern.az

Tramp ÜST-ə ŞƏRT KƏSDİ: “Sizin səhvləriniz dünyaya baha başa gəlib”

Tramp ÜST-ə ŞƏRT KƏSDİ: “Sizin səhvləriniz dünyaya baha başa gəlib”

19 May 2020, 11:41

ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Gebereysusun adına məktub yazıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, təşkilatda 30 gün ərzində zəruri islahatlar keçirilməyəcəyi təqdirdə ABŞ-ın ÜST-ü tərk edəcəyini və ona ayırdığı maliyyəni tam dayandıracağını elan edib.

Trampın fikrincə, ÜST virusa qarşı uğursuz mübarizə aparıb.

 

“ABŞ-ın araşdırması son aylarda dediyim ciddi problemləri üzə çıxardı. ÜST-ün reaksiya verməli olduğu çox məqam var”.

Tramp ÜST-ün Çindən daha müstəqil olmasını gözlədiyini əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir