Modern.az

“Eurovision”un rəsmi Fan Klubu bakılıları təəccübləndirib

“Eurovision”un rəsmi Fan Klubu bakılıları təəccübləndirib

10 May 2012, 16:38


“Eurovision”un Azərbaycandakı rəsmi Fan Klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestrı Bakı sakinlərini təəccübləndirib. Fan klubdan Modern.az-a verilən məlumata görə, “Eurovision”un Azərbaycandakı rəsmi Fan Klubu Nar Mobile-nin dəstəyi ilə Bakının mərkəzi- Nizami küçəsində, nəfəs alətləri orkestrı ilə birgə kiçik konsert təşkil edib. Açıq havada bütün insanların dinləyə biləcəyi qısa konsert zamanı uşaqlar Rauf Hacıyevin “Azərbaycanım”, Tofiq Quliyevin “Dostluq” əsərlərini, həmçinin bir sıra, dünyaca məşhur musiqi əsərlərini ifa ediblər.

İfalarını “Eurovision” mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar, daha sonra “Macar Polkası”, “Çəhrayı Pantera”, “Besamo Mucho”, “Qələbə günü”, “Katyuşa” və digər əsərləri ifa ediblər.. 

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir