Modern.az

Bu şəxslərdən ödəniş tələb edilməyəcək

Bu şəxslərdən ödəniş tələb edilməyəcək

Aktual

20 May 2020, 12:00

Ölkədə iki aydan artıq qalan əcnəbilərə ölkədə yaşayış icazəsinin verilməsi üçün ödəniş rüsumu tələb edilməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib.

 

Xidmət rəisi ötən iki ay üçün olan ödəniş rüsumlarında qiymət dəyişikliyinin olmadığını deyib:

 

“1 ay ölkədə qalma icazəsi üçün rüsum 30 manat, iki ay üçün isə 60 manat təşkil edir. Bu qiymətlər yetkinlik yaşına çatmayan şəxslər üçün 15 manat təşkil edir. İki ayı keçən kontingentlər üçün isə əlavə ödəniş tələb edilmir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır