Modern.az

Qənirə Paşayeva Türkiyə telekanallarında Qarabağdan danışıb

Qənirə Paşayeva Türkiyə telekanallarında Qarabağdan danışıb

10 May 2012, 17:17

Millət vəkili Qənirə Paşayeva Türkiyənin televiziya kanallarında və mətbuat orqanlarında Dağlıq Qarabağdan danışıb. Modern.az-ın məlumatına görə, millət vəkili Türkiyənin TRT, TRT Haber, TRT AVAZ, İhlas Xəbər agentliyinə, Anadolu agentliyinə geniş müsahibələr verib. TRT AVAZIN “Studio Avaz” proqramının canlı yayımında Ermənistanın Şuşada və ümumiyyətlə, Qarabağda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və canlı yayımda “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” və “ Ruhum Qarabağlıdır” filmlərindən hissələr nümayiş olunub. 
Həmçinin Qənirə Paşayeva İstanbul Universitetində Türk Ocaqlarının 100 illiyi münasibətilə “Bir düşüncə hərəkatının yüz ili” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində İstanbul Universitetinin rektoru, professor Yunus Söylet, İstanbul universiteti ədəbiyyat fakültəsinin dekanı professor Mustafa Özkan və Universitetin bir sıra rəsmi şəxsləri ilə görüşüb. Yunus Söylet iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu da bildirib.




Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi