Modern.az

Miqrasiya Xidmətinin sığınacağında 42 əcnəbi saxlanılır  

Miqrasiya Xidmətinin sığınacağında 42 əcnəbi saxlanılır  

20 May 2020, 12:14

Dövlət Miqrasiya Xidmətinin müvəqqəti sığınacağında 42 nəfər əcnəbi saxlanılır.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

 

O, sığınacaqda az insanın yerləşdirilməsinə çalışıldığını deyib:

 

“Müvəqqəti sığınacaqlarda karantin rejiminin tələblərinə uyğun daha az insanın olmasına çalışırıq. Həmin şəxslərin saxlanma şəraiti çox yaxşıdır və beynəlxalq standartlara cavab verir. Pandemiya baş verməsəydi, aprel ayında sığınacaqda açıq gün keçirilməsi ilə bağlı fikrimiz var idi. Amma hazırkı rejim buna imkan vermir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?