Modern.az

AŞPA-nın binasında işıqlar söndü - iclas baş tutmadı

AŞPA-nın binasında işıqlar söndü - iclas baş tutmadı

20 May 2020, 12:49

Avropa Şurası Parlament Assambleyasının binasında işıqlar sönüb.

Modern.az-ın xəbərinə görə, bu barədə deputat Erkin Qədirli Feysbukda məlumat verib. O bildirib ki, bu gün Bakı vaxtilə saat 11:30-da AŞPA-nın Hüquq Komitəsinin ilk videokonfransı olmalı idi:

“Çıxış etməyi düşünürdüm. Bildiriş göndərdilər ki, AŞPA binasında elektriklə bağlı problem yaranıb və işıq sönüb. İclas başqa gün olacaq”.

 

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir