Modern.az

Azərbaycanlı ailə: “İslam adını xristian adına dəyişirik”

Azərbaycanlı ailə: “İslam adını xristian adına dəyişirik”

10 May 2012, 23:15

“Reuters”in erməni muxbiri Alice Baghdjian Almaniyada yaşayan bir azərbaycanlı ailəsi haqqında maraqlı bir xəbər hazırlayıb. Agentliyin mayın 9-da yaydığı həmin xəbərdə vurğulanır ki, Azərbaycandan qaçıb gəlmiş ailə Almaniya məhkəməsinə müraciət edib. Onlar ADLARINI və SOYADINI alman adlarına dəyişmək istədiklərini bildiriblər. Ailə öz müraciətini onunla əsaslandırıb ki, daşıdıqları adlar İslamla assosiasiya olunur, diskriminasiya ehtimalını artırır, iş tapmağa imkan vermir və yerli cəmiyyətə inteqrasiya prosesinə də əngəl yaradır.

Yerli Goettingen məhkəməsi isə azərbaycanlı ailənin bu arzusunu gözündə qoyub. Məhkəmənin sözçüsü Olaf Lenz bildirib ki, həmin ailəyə belə bir imkan tanımayan məhkəmə oxşar xahişdə bulunan əcnəbilərə də eyni münasibət sərgiləyə bilər və bu kimi arqumentlər ad dəyişıkliyi üçün əsas sayıla bilməz…

Agentlik bildirir ki, BMT-nin hesabatına görə Almaniya dünyada sığınacaq arzusunda olan insanların ən çox üz tütdüğu ölkələr arasında üçüncü yeri tutur… 

Elbəyi HƏSƏNLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı