Modern.az

İran Suriyaya etdiyi yardımı geri istədi

İran Suriyaya etdiyi yardımı geri istədi

20 May 2020, 16:12

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Həşmətullah Fəlahat Pişə ölkədə yayımlanan "Etemadonline" saytına verdiyi açıqlamada İranın "iqtisadiyyat və güvən" probleminin olduğunu söyləyib.

Modern.az xəbər verir ki, parlament üzvü İranın yanvar ayında təsadüfən vurduğu Ukrayna sərnişin təyyarəsinin böyük əksəriyyətdə İrana qarşı güvənsizlik hissi yaratdığını deyib :“Xalqın dövlətə inanmağa ehtiyacı var, bizə olan inamı yenidən qazanmalıyıq”- deyə F.Pişə qeyd edib.

 

İran tərəfindən Suriyaya 20-30 milyard dollar arası yardım edildiyini də bildirən parlament nümayəndəsi ödənilən məbləğin Suriya tərəfinən geri qaytarılmasını tələb edib.

Xatırladaq ki, ötən ilin mart ayında da  Fəlahət Pişə Bəşər Əsəd rejiminin İrana borclu olduğunu söyləmişdi.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub