Modern.az

Bakı-Sumqayıt xəttinə əlavə qatar buraxıldı

Bakı-Sumqayıt xəttinə əlavə qatar buraxıldı

Aktual

20 May 2020, 17:04

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin sayının artması müşahidə olunur.


Azərbaycan Dəmir Yolları QSC-dən Modern.az-a verilən məlumata görə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən xəttə əlavə qatar buraxılıb:


"Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib".


Qatarların yeni hərəkət qrafiki ilə ətraflı bu cədvəldə tanış ola bilərsiniz.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər