Modern.az

Azərbaycanda COVİD-19 testindən keçənlərin sayı AÇIQLANDI

Azərbaycanda COVİD-19 testindən keçənlərin sayı AÇIQLANDI

Aktual

20 May 2020, 22:03

Bu gün Azərbaycanda daha 5389 nəfər koronavirus testindən keçib.

Modern.az  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, indiyədək ümumilikdə 245 609 test keçirilib. Reanimasiyada olan xəstə sayı 62, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Qeyd edək ki, indiyədək ölkədə 3 631 nəfər virusa yoluxub.

 

Bundan başqa indiyədək virusa yoluxan 43 nəfər dünyasını dəyişib.  Bu günə qədər koronavirusdan 2 253 nəfər xəstə sağalıb, 1 335 nəfər isə müalicə alır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı