Modern.az

Türkiyə bu il Rusiyadan 3,5 milyon turist gözləyir

Türkiyə bu il Rusiyadan 3,5 milyon turist gözləyir

21 May 2020, 13:15

Türkiyənin turizm sektoru 2020-ci ildə Rusiyadan 3,5 milyona qədər turist gözləyir.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

 

Nazir bu il üçün turizm axınının 40%-ə qədər azalmasını gözlədiyini də sözlərinə əlavə edib. O, ölkələr arasında aviasiya əlaqəsinin iyulun əvvəli yaxud ortaları bərpa olacağına ümidini ifadə edib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?