Modern.az

Prezident Mədəniyyət nazirini işdən çıxardı - SƏRƏNCAM

Prezident Mədəniyyət nazirini işdən çıxardı - SƏRƏNCAM

Mədəni̇yyət

21 May 2020, 14:10

Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət nazirini işdən çıxarıb.

Modern.az xəbər verir ki, Prezidentin bu gün imzaladığı sərəncamda deyilir:

“Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki. Ə.Qarayev 26 il idi ki, nazir postunu tuturdu:

1994-2001-ci illərdə - Gənclər və idman naziri;
2001-2006-cı illərdə - Gənclər, idman və turizm naziri;
2006-2018-ci illərdə - Mədəniyyət və turizm naziri;
2018-cı ildən - Mədəniyyət naziri.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir