Modern.az

“Kollektivimizdə virusa yoluxma halı qeydə alınmayıb” - Nazir

“Kollektivimizdə virusa yoluxma halı qeydə alınmayıb” - Nazir

21 May 2020, 17:05

"Azərbaycan koronavirusla mübarizədə ilk gündən effektli yanaşma nümayiş etdirir. Karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində çoxsaylı kollektivimizdə bu günədək virusa yoluxma halı qeydə alınmayıb".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

M.Babayev deyib ki, rəhbəri olduğu qurum bu müddət ərzində Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq xüsusi rejimdə fəaliyyətini davam etdirir:

"Ölkə rəhbərinin tapşırıqları və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişləri ilə müxtəlif qurumlar tərəfindən əlaqəli şəkildə çevik həyata keçirilən tədbirlərin effektivliyi göz önündədir. Qurumlararası koordinasiya təcrübəsi bir daha bunun necə vacib olduğunu göstərdi. İnanıram ki, postpandemiya dövründə də qurumlararası koordinasiyada əldə olunmuş müsbət tendensiya bundan sonra da davam etdiriləcək. Bu gün pandemiyanın təsirlərinə qarşı mübarizə aparan səhiyyə, polis, nəqliyyat və digər təşkilatların nümayəndələri yoluxma riskini gözə alaraq gecə-gündüz çalışırlar. Məhz görülən tədbirlər nəticəsində risklər azaldılır, digər ölkələrlə müqayisədə ciddi fəsadlarla üzləşməmişik".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!