Modern.az

Muxtar Babayev təhlükəli tullantıların aqibətindən DANIŞDI

Muxtar Babayev təhlükəli tullantıların aqibətindən DANIŞDI

Aktual

21 May 2020, 17:09

“Pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

M.Babayev deyib ki, Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nazirlik təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir və həmin tullantıların utilizasiyasını təşkil edir:

"Hazırda bu işlər TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir.

Qeyd edim ki, müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə maye, bərk və toz şəklində olaraq, müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər. Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür – A, B, C və D. B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur.

Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb. Hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək Nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır (B sinfinə aid təhlükəli tullantılar sarı, C sinfinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır). Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200oC temperaturda zərərsizləşdirilərək məhv edilir. Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib. AQTA tərəfindən zərərsizləşdirilən – cənub zonasında 13 nöqtədən təqribən 150 kubmetr ETSN tərəfindən zərərsizləşdirilən – digər 37 nöqtədən təqribən 2 054 kubmetrə yaxın tullantı zərərsizləşdirilib. Bu zaman əmələ gəlmiş təqribən 40 kub metr kül tullantısı isə daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər bu gün də davam etdirilir. Respublikada təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?