Modern.az

Nazir: “Havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində zərurəti addımlar artılır”

Nazir: “Havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində zərurəti addımlar artılır”

21 May 2020, 17:08

"Məlum olduğu kimi, koronavirus əsasən tənəffüs orqanlarına təsir göstərir. Bu faktor hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi zərurətini artırır".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

 

Nazir deyib ki, ətraf mühitə təsiri olan faktorlardan biri də atmosfer havasının oksigenlə zənginlik səviyyəsidir:

 

"Təbii ki, həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə də yaşıllıq zonaları və meşə sahələridir. Bu gün yaşıllaşdırma kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib. Sevindirici haldır ki, ölkəmizin tarixi əlamətdar günləri ağac əkilməklə qeyd olunur. Son illərdə Abşeronda və ümumən ölkədə milyonlarla ağac əkilib və bu işlər bu gün də davam etdirilir. Görünən odur ki, təbiətlə bağlı bu proseslər havanın təmizlənməsi ilə bərabər flora və fauna elementlərində də pozitiv tendensiya müşahidə olunur. Azərbaycan təbiətində də bu dəyişikliklər aydın görünür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzərinə düşən məsuliyyəti hiss edərək bundan sonra da zəruri tədbirləri görəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!