Modern.az

Klinton: ”ABŞ İranın hakim elitasına təzyiq edəcək”

Klinton: ”ABŞ İranın hakim elitasına təzyiq edəcək”

Dünya

12 Yanvar 2010, 13:30

ABŞ üçün İranı nüvə proqramları planından çəkindirməyin ən yaxşı yolu İranın hakim elitasına təzyiqlərin göstərilməsidir. Modern.az-ın  İTAR-TASS –a istinadən yaydığı məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Hilari  Klinton bildirib. Onun sözlərinə görə, başda prezident Barak Obama olmaqla ABŞ administrasiyası  məhz bu mövqedədir.
Dövlət katibi əlavə edib ki, İranda ölkə daxilində qərarların qəbuluna görə məsuliyyət daşıyan bir qrup insan var. Əgər bu adamlara qarşı cəza tədbirləri rejimi yaratmaq mümkün olarsa, bu, sanksiyaların həyata keçiriliməsində daha düşünülmüş vasitə ola bilərdi. O, qeyd edib ki, hələlik bu barədə hər hansı qərar əldə olunmayıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi