Modern.az

Polşadan 100 azərbaycanlı vətənə gətirildi - FOTO

Polşadan 100 azərbaycanlı vətənə gətirildi - FOTO

Aktual

21 May 2020, 20:48

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

Bu barədə  Modern.az-a   Azərbaycan Hava Yollarından məlumat verilib.

 

Bildirilib ki, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər  Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.


Bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirib

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu